SOCAR ötən ay yalnız dizel yanacağı ixrac edib

SOCAR ötən ay yalnız dizel yanacağı ixrac edib
# 01 iyul 2015 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin iyun ayında 11,222 min ton dizel yanacağı ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,14 dəfə azalıb.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində 491,855 min ton dizel yanacağı ixrac edilib ki, bu da 2014-cü ilin iyun ayı ilə müqayisədə 30,2% çoxdur.

Bu ilin 6 ayı ərzində 103,509 min ton təyyarə yanacağı, həmçinin 178 ton soba mazutu ixrac edilib.

Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 688,92 dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,5% ucuzdur. İyun ayında təyyarə yanacağının qiyməti son bir ildə 39,8% azalaraq 576,85 dollar, dizel yanacağının qiyməti 37,7% azalaraq 561,82 dollar, 1% kükürdlü mazutun qiyməti isə 48,2% azalaraq 331,98 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR