Noyabrın 26-da Bakıda ilk dəfə Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək

Noyabrın 26-da Bakıda ilk dəfə Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
# 15 oktyabr 2014 09:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “Vals kralı” İohan Ştrausun (Johann Strauss), eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənəcək.

Qeyd edək ki, Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu rolunda çıxış edir.

Vyana Ştraus Festival Orkestri müxtəlif festivalların, həmçinin Avropada hər il keçirilən Ştraus Festivalının daimi iştirakçısıdır. Hər il yanvarın 1-də məşhur Vyana bal festivalı bu orkestrin iştirakı ilə açılır.

Orkestr 35 illik fəaliyyəti müddətində Yaponiya, Çin, Koreya, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyası toplayıb. Orkestrin yaradıcısı və bədii rəhbəri məşhur dirijor, virtuoz skripkaçı Peter Qutdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR