FHN-in təyyarəsi Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib

FHN-in təyyarəsi Azərbaycan və Gürcüstan vətəndaşlarını Nepaldan təxliyə edib
# 30 aprel 2015 14:48 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım ünvana çatdırılıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR