Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişinə qadağa qoya bilər

Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişinə qadağa qoya bilər
# 17 oktyabr 2014 01:43 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, parlamentin aşağı palatası birinci oxunuşda müvafiq dəyişiklikləri müzakirəyə çıxaracaq.

Dəyişikliklər miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur. Bu sanksiyalar xarici vətəndaşın Rusiya ərazisində bir ildən çox müddət ərzində qanunsuz olduğu və bu vaxt ərzində qanunla nəzərdə tutulmuş 90 gün müvəqqəti qalma müddəti bitdikdən sonra ölkəni tərk etmədiyi və ya bu müddətin artırılması ilə bağlı müraciət etmədiyi halda tətbiq edilə bilər.

Hazırkı qanunvericilik 3 ilədək müddətə ölkəyə girişə qadağa kimi nisbətən yumşaq cəza tədbirləri nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR