Batumidə Gürcüstan Müsəlmanları İdarəsinin Din və Təhsil Mərkəzinin açılışı olub - FOTO

Batumidə Gürcüstan Müsəlmanları İdarəsinin Din və Təhsil Mərkəzinin açılışı olub - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 23:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan Müsəlmanları İdarəsinin Batumidə Din və Təhsil Mərkəzinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə GMİ-nin şeyxi Ramin İgidov məlumat verib. Mərkəzin açılışında Acarıstan hökumətinin rəsmi şəxsləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və nümayəndə heyəti, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beglar Kamaşidze, din və ictimaiyyət xadimləri iştirak edib. Tədbirdə çıxış edən şəxslər yeni binanın açılışı münasibəti ilə Acarıstanda yaşayan müsəlmanları təbrik edib, müfti və din xadimlərinə sağlam və ənənəvi dinin təlim və təbliğində, ümumiyyətlə, dini fəaliyyətlərində uğurlar diləyiblər.

Xatırladaq ki, bir neçə ay öncə Gürcüstanın baş naziri İrakli Qaribaşvili tərəfindən Acarıstanda yaşayan gürcü müsəlmanları üçün iki (4 və 2 mərtəbəli) bina hədiyyə olunub. Onlardan biri GMİ-nin Acarıstandakı rəsmi idarəsi, ikincisi isə din və təhsil mərkəzi kimi fəaliyyət üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR