Azərbaycan Mərkəzi Bankı pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətində olduğunu bəyan edib

Azərbaycan Mərkəzi Bankı pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətində olduğunu bəyan edib
# 14 may 2015 14:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir.

APA-Economics”in məlumatına görə, bu barədə Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov məlumat verib. Onun sözlərinə görə, AMB tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçməyi planlaşdırır. “İnflyasiyanın hədəflənməsi rejiminə keçid çərçivəsində daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Digər tərəfdən, maliyyə bazarlarının dərinləşdirilməsi bundan sonra da təşviq olunacaq. Eyni zamanda, Mərkəzi bankın texniki potensialının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək. Bu ilin I rübündə dollara bağlılıq rejimindən səbət rejiminə keçilməsi üzən məzənnə rejiminə keçid üçün ilkin addım kimi qiymətləndirilə bilər. Belə ki, əvvəlki rejimlə müqayisədə manatın dollara qarşı ikitərəfli məzənnəsi daha dəyişkən olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR