Gənc xanəndələrin “Gəncləşən Muğam-4” adlı konserti keçirilib - FOTOSESSİYA

Gənc xanəndələrin “Gəncləşən Muğam-4” adlı konserti keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 fevral 2013 09:54 (UTC +04:00)

Bakı. Ülkər Qasımova- APA. Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə fevralın 1-də Gənclər Gününə həsr olunmuş “Gəncləşən Muğam-4” adlı gənc xanəndələrin konserti keçirilib. APA-nın məlumatına görə, bu konsert Azərbaycanın xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.

İfalardan əvvəl səhnəyə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Arif Babayev və Mənsum İbrahimov çıxaraq, muğama göstərilən qayğı və diqqətdən danışıb, gənclərə tutduqları yolda yüksəlişlər arzu ediblər. Konsertdə yalnız Mənsum İbrahimovun deyil, digər ustad xanəndələrin tələbələri, müxtəlif yaş qruplarından olan gənc muğam ifaçıları iştirak ediblər. Gecədə səslənəcək ifaların hamısı duet şəklində olub.

Muğam gecəsində muğam ifaçıları Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Oksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış ediblər.

Xanəndələri tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova, Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov, Səxavət Məmmədov, Maşallah İsgəndərov, Sənan Əliyev, Ruslan Həsənov, Tofiq Məmmədov, Elnur İbrahimov, Adil Əliyev, Mirhüseyn Əsədullayev, Orxan Abdullayev, kamançada isə Ceyhun Muradov, Sevinc Qədimova, Araz Ağaverdiyev, Təbriz Yusubov, Elnur Salahov, Elvin Novruzov , Pərviz Fərhadov, Niyaməddin Allahverdiyev, Qiyas Qurbanlı, Elvin İbalı, Elnur Salahov, Siruz Məmmədli, Hikmət Abdullayev və Cahandar Mikayılov müşayiət ediblər.

“Gəncləşən muğam-4” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə və “Mədəniyyət” qəzetinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR