Tərcümə Mərkəzi İstanbulda kitab sərgisində iştirak edib

Tərcümə Mərkəzi İstanbulda kitab sərgisində iştirak edib
# 02 mart 2015 14:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil mütəxəssisləri Qəmər Alxanova və Kəmalə Ələkbərova İstanbulda keçirilən CNR - Beynəlxalq Sərgi Mərkəzinin kitab fuarında iştirak ediblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun əməkdaşları Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” adı altında təşkil etdiyi müzakirədə məruzə ilə çıxış ediblər.

Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələri, Tərcümə Mərkəzinin fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra Mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxanasının və nəşriyyat şöbəsinin müdiri Həmdi Turşucu iki qurum arasında sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

Sərgi müddətində Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR