Meksikada italiyalı qadını rüşvət vermədiyinə görə zorlayan polis əməkdaşlarının məhkəməsi başlayıb

Meksikada italiyalı qadını rüşvət vermədiyinə görə zorlayan polis əməkdaşlarının məhkəməsi başlayıb
# 22 fevral 2013 05:12 (UTC +04:00)

Bakı-APA. Meksikada italiyalı qadın turisti zorlayan iki polis əməkdaşı məhkəmə qarşısına çıxarılıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Playa del Karmen kurort şəhərində polis əməkdaşları tələb etdikləri rüşvəti turist qadından ala bilmədikdə onu zorlamağa qərara alıblar.

İttihama görə, polislər qadını ictimai yerdə təbii ehtiyacını ödədiyinə görə məsuliyyətə cəlb etməmək üçün ondan rüşvət tələb ediblər. Məhkəmə qarşısına çıxarılanların rəisi olan üçüncü polis əməkdaşı barəsində törətdiyi eyni əmələ görə axtarış elan olunub.

Xatırladaq ki, iki həftə əvvəl Akapulko şəhərində iki ispaniyalı qadın turist cinayətkar banda tərəfindən zorlanıb. Əcnəbi qadınlara hücumların artması yerli turizm şirkətlərində ciddi narahatlığa səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR