Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 91,7 mln. nəfər olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.
Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,2%-i metronun payına düşür.