Zakir Qaralov Lerikdə cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək

Zakir Qaralov Lerikdə cənub bölgəsinin vətəndaşlarını qəbul edəcək
# 09 iyun 2016 09:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov iyunun 17-də saat 11:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Lerik şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin (012) 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR