Səməd Seyidov: “Azərbaycan çətinliklə olsa da, qaçqın və məcburi köçkün probleminin öhdəsindən gələ bilib”

Səməd Seyidov: “Azərbaycan çətinliklə olsa da, qaçqın və məcburi köçkün probleminin öhdəsindən gələ bilib”
# 28 sentyabr 2015 17:20 (UTC +04:00)

APA-nın Avropa müxbirinin məlumatına görə, müzakirələr zamanı daha çox Avropadakı qaçqın və miqrant böhranına toxunulub.

Assambleyanın Azərbaycan üzrə həmməruzəçisi Tadeus İvinski, ispaniyalı deputatlar Avqustin Konde , Yordi Çukla, ingiltərəli Kristofer Çop öz qrupları adından çıxış edərək Yaxın Şərqdəki müharibə və humanitar böhranı məsuliyyətinin ilk növbədə Avropa dövlətlərinin üzərinə düşdüyünü bildiriblər.

Sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. A. Qrossun Avropa strukturlarını tənqid etdiyini deyən S. Seyidov düzgün və düşünülmüş mövqedən çıxış ediyinə görə ona təşəkkür edib. O qeyd edib ki, Azərbaycan çətinliklə olsa da, qaçqın və məcburi köçkün probleminin öhdəsindən gələ bilib: "Əlimizdən gələni etdik ki, onların normal yaşayış qayğılarını həll edək. Gəlin baxaq Türkiyədə nələr baş verir. Bu ölkə bu yaxınlarda Suriyadan iki milyona yaxın qaçqın qəbul edib, təxminən 6 milyard dollardan çox vəsait xərcləyib. İndi isə Macarıstan bu vəziyyətdədir və biz bu ölkəyə də təşəkkürümüzü bildirməliyik. Misal üçün, bu gün qrupumuzun iclasında Macarıstanın nümayəndə heyətinin rəhbəri çıxış edərək, Şengen zonasının kənarında olmağın nə qədər ağır olduğunu bizə izah etdi. Bu üç ölkə qaçqınlar problemini öz üzərinə götürür və problemin öhdəsindən gələ bilir. Çünki Azərbaycan, Türkiyə və Macarıstanın bu sahədə müvafiq işlək strukturları var, Avropa İttifaqının isə yoxdur".

S. Səmədov qeyd edib ki, 20 ildir Assambleyada vətəndaş cəmiyyətinin rolununun artırılması üçün səylər göstərilir. "Daha çox parlamentlərin deyil, vətəndaş cəmiyyətlərinin rolunu artırmağa çalışırıq. Gəlin faktlara nəzər yetirək. Əslində biz dövlətlərin, hökumətlərin, parlamentlərin iştirakı olmadan belə böhranlı vəziyyətləri idarə edə bilmirik. Biz belə halları gördükdə, deyirik ki, bu ölkə zəifdir, güclü dövlətçiliyi yoxdur. Biz elə etməliyik ki, burada hökumətlərin, parlamentlərin rolu sarsıdılmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR