İtaliyada mafiya ilə əlaqəsi olan 44 nəfər həbs edilib

İtaliyada mafiya ilə əlaqəsi olan 44 nəfər həbs edilib
# 04 iyun 2015 13:56 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 44 nəfər həbs edilib. Əməliyyat iyunun 4-ü səhər saatlarında, Roma, Rieti, Frozinon, Akvlia, Kataniya və Enna vilayətlərində keçirilib.


Həbs olunanlar arasında İtaliyanın sabiq baş naziri Silvio Berluskoni rəhbəri olduğu “İrəli, İtaliya” partiyasının müşaviri Luka Qramadzio da var. O, mafiya ilə əlaqədə, rüşvətxorluqda, saxta bank hesablarına sahib olmaqda, qiymətli kağızların qeyri-qanuni mübadiləsində və s. cinayət əməllərini törətməkdə təqsirləndirilir.



Hüquq-mühafizə orqanları hazırda daha 21 şübhəli şəxsin axtarışı üzrə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR