Sumqayıtda baş verən yanğın zamanı 15 nəfər təxliyə edilib

Sumqayıtda baş verən yanğın zamanı 15 nəfər təxliyə edilib
# 01 dekabr 2014 09:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Sumqayıtda yaşayış evində baş verən yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 20 kv. m sahədə, 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv. m olan 3 otaqlı mənzilin eyvanının pəncərəsi qismən yanıb.

Yanğın zamanı 15 nəfər yanğınsöndürənlər tərəfindən binadan təxliyə olunub. 2 nəfər sakin tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR