Şəkidə ev yanıb

Şəkidə ev yanıb
# 09 iyun 2015 07:23 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün saat səhər saatlarında rayonun Kiçik Dəhnə kəndində, Firudin Qurban oğlu Mirzəhəsənova məxsus ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları qismən yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı digər tikili və ev əşyalarının bir hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR