Musiqi və incəsənət məktəbləri müəllimlərinin sınaq qiymətləndirilməsi keçiriləcək

Musiqi və incəsənət məktəbləri müəllimlərinin sınaq qiymətləndirilməsi keçiriləcək
# 27 fevral 2015 15:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçiriləcək.

Nazirliyin İnformasiya və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ilkin olaraq proses Bakı şəhərində keçirilib və paytaxtın uşaq musiqi və incəsənət məktəblərində çalışan 2685 müəllim sınaq qiymətləndirilmədə iştirak edib.

2015-ci il ərzində zonalar üzrə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi planlaşdırılır.

Mart ayında Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin müəllimlərinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR