Qaxda meşədən qanunsuz ağac kesən Şəki rayon sakini saxlanılıb

Qaxda meşədən qanunsuz ağac kesən Şəki rayon sakini saxlanılıb
# 23 iyul 2014 02:02 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda meşədən qanunsuz ağac kesən Şəki rayon sakini saxlanılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz ağac kəsib ekologiyaya zərər vuranların qarşısının alınması məqsədi ilə reyd keçirib. Keçirilmiş reyd nəticəsində rayonun Qıpçaq kəndi ərazisində meşə zolağında qanunsuz ağac kəsən, Şəki rayonu Baş Göynük kənd sakini 61 yaşlı İsmayıl Abdulla oğlu Aslanov idarə etdiyi “Ural” markalı, 55 BE 221 dövlət nömrə nişanlı yük maşını ilə meşədən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Maşına baxış zamanı yük yerində qovax ağacı sortuna məxsus meşə materialı aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, İsmayıl Aslanov meşədən 6 ədəd qovax ağacını (9 kubmetr) qanunsuz olaraq kəsib doğrayıb. İdarə etdiyi yük maşını ilə birlikdə Qax RPŞ-ə aparılan İsmayıl Aslanovdan müvafiq izahat alındıqdan sonra o, sərbəst buraxılıb.


Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR