Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə 2 min km uzunluğunda divar tikir

Səudiyyə Ərəbistanı Yəmənlə sərhəddə 2 min km uzunluğunda divar tikir
# 10 aprel 2013 02:41 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanında Yəmənlə sərhəd boyu 2 min km uzunluğunda divarın tikintisinə başlanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hökumət bu cür yolla Səudiyyə Ərəbistanına qonşu ölkədən qeyri-leqal mühacirlərin, narkotik alverçilərinin və “Əl Qaidə” terror təşkilatının üzvlərinin gəlişinin qarşısını almaq niyyətindədir.

Səudiyyə Ərəbistanın sərhədçiləri şikayət edirlər ki, “Ərəb baharı” başlanandan ölkənin Yəmənlə sərhədində vəziyyət xeyli gərginləşib. Bu günlərdə qaçaqmalçılarla atışmada sərhəd xidmətinin 5 əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR