İordaniyada Həcc ziyarətindən qayıdan avtobusun qəzaya uğraması nəticəsində 17 fələstinli zəvvar ölüb

İordaniyada Həcc ziyarətindən qayıdan avtobusun qəzaya uğraması nəticəsində 17 fələstinli zəvvar ölüb
# 17 mart 2013 04:15 (UTC +04:00)

Bakı-APA. İordaniyanın cənub-qərbində avtobusun yük maşını ilə toqquşması nəticəsində 17 fələstinli zəvvar ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə martın 17-də “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, fələstinli zəvvarlar Həcc ziyarətindən yaşadıqları İordan çayının Qərb sahilində yerləşən Cenin şəhərinə qayıdırmışlar.

Qeyd edək ki, toqquşmadan sonra avtobus bir neçə dəfə aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR