Erməni nazir: “Ermənistanın Avrasiya Gömrük İttifaqına oktyabrda daxil olacağını demişdik, deməli, elə də olacaq”

Erməni nazir: “Ermənistanın Avrasiya Gömrük İttifaqına oktyabrda daxil olacağını demişdik, deməli, elə də olacaq”
# 07 avqust 2014 14:32 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ermənistan Avrasiya Gömrük İttifaqına iqtisadi inteqrasiya ilə bağlı bütün məsələlərdə razılığa gəlib”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan deyib. Onun sözlərinə görə, gündəlikdə olan bütün məsələlər artıq müzakirə olunub: “Tərəfdaş ölkələrdən yeni təkliflər yoxdur”.

Ermənistanın Avrasiya Gömrük İttifaqına nə vaxt daxil olacağı ilə bağlı suala nazir belə cavab verib: “Danışıqlar adi qaydada gedir. Biz oktyabrda demişdik, deməli, oktyabrda da olacaq”.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tələbi ilə Ermənistanın AGİ-yə Qarabağ əraziləri olmadan qatılmağı barədə şərt qoyulmuş, yalnız bundan sonra üzvlük barədə söhbət gedəcəyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR