Texasda kollecə basqın nəticəsində 15 nəfər yaralanıb

Texasda kollecə basqın nəticəsində 15 nəfər yaralanıb
# 09 aprel 2013 22:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatının Hyuston şəhərinin yaxınlığında naməlum şəxslər “Lone Star” kollecinə basqın törədib, nəticədə ən azı 14 nəfər yaralanıb, onlardan 12-i xəstəxanalara yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, CNN yaralananların sayının 15-ə çatdığını bildirib.

“USA Today” qeyd edir ki, yaralananlardan 2 nəfərin vəziyyəti kritikdir.

Yerli “Click 2 Houston” telekanalının xəbərinə görə, tələbələrdən biri bıçaq çıxararaq kollecin ərazisində tələbələrə xəsarət yetirib.

“İTAR-TASS”ın məlumatına görə, tələbələrə hücum çəkən şəxs xəsarətləri bıçaqla yetirib. Yerli kanalların xəbərinə görə, cinayətkar artıq saxlanılıb. İlkin məlumata görə, saxlanılan şəxs kollecin tələbəsidir. Şahidlərin sözlərinə görə, hücum edən şəxs başdan ayağadək qara libasda olub. Yaralananlardan 4 nəfəri yaxınlıqdakı xəstəxanaya helikopterlərlə çatdırılıb, qalanları - “təcili yardım”ın köməkliyi ilə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR