Yəməndə prezident iqamətgahı qarət edilir

Yəməndə prezident iqamətgahı qarət edilir
# 25 mart 2015 20:18 (UTC +04:00)

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan etmişdi.

Qeyd edək ki, bir qədər əvvəl Yəmən prezidentinin ölkəni tərk etməsi barədə məlumat yayılmışdı. Hazırda Mənsur Hadinın harada olduğu məlum deyil.

Xatırladaq ki, şiə qiyamçıları bu ilin yanvarında prezident sarayını zəbt edərək hakimiyyəti ələ keçiriblər. Mənsur Hadi istefa müraciətini parlamentə göndərsə də, sonra paytaxt Sənadan doğma Ədən şəhərinə qaçıb və parlamentə istefa ərizəsini geri götürməsi ilə bağlı müraciət göndərmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR