Bakıda yolu keçən iki qadını maşın vurub

Bakıda yolu keçən iki qadını maşın vurub
# 28 oktyabr 2014 09:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfəri maşın vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 27-də saat 20.00 radələrində Xətai rayonunun C. Kərimov küçəsində qeydə alınıb.

Bakı şəhər sakinləri Aybəniz Ramazanova və Leyla Qasımova yolu keçən zaman müəyyən edilməmiş avtomobil tərəfindən vurulublar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR