Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 hərbçi həlak olub, 2-si isə yaralanıb
# 27 avqust 2015 19:13 (UTC +04:00)

APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, terrorçular Lice rayonunun Fisovası yaşayış məntəqəsinin yaxınlığındakı nəzarət postunda avtomobillərə baxış keçirən hərbçilərə hücum edib. PKK silahlıları raket və iriçaplı silahlardan hərbçilərin olduğu avtomobilləri atəşə tutub. Nəticədə 1 hərbçi şəhid olub, 2 əsgər yaralanıb.

Yaralanan hərbçilər helikopterlə xəstəxanaya çatdırılıb.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR