Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin sağ sahil istiqamətində “BMW” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü yüngül, sərnişinləri - Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Novruzova Sümayə Çərkəz qızı və məcburi köçkün, 1982-ci il təvəllüdlü Məmmədova Səbinə Hüseyn qızı ağır xəsarət alıblar.
Faktla bağlı araşdırma aparıılır.