Bakı. Musa Əhmədov - APA-Economics. "Xalq Bank" ASC səhmdarlarının tərkibinin dəyişməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Bankdan "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, 06.05.2015-ci il tarixdə “Xalq Bank”ın səhmdarlarından biri olan "Avanqard-1" MMC-nin iştirak etdiyi yenidən təşkiletmə prosesi nəticəsində "Amal İnvest Group" adlı təşkilat yaradılıb. Hüquqi varislik qaydasında “Xalq Bank”ın "Avanqard-1" MMC-yə məxsus səhmləri "Amal İnvest Group"un mülkiyyətinə keçib.
Qeyd edək ki, "Amal İnvest Group" MMC nizamnamə kapitalında 16,15%-lik və ya 31 mln. 841,954 min manatlıq paya malikdir.
Xatırladaq ki, hazırda bankın nizamnamə kapitalı 197 mln. 125,290 min manatdır.