Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 9 ayda 150 uğurlu açıq ürək əməliyyatı keçirilib - FOTOSESSİYA - VİDEO

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 9 ayda 150 uğurlu açıq ürək əməliyyatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 09:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi, uzman doktor Anar Əmrah bildirib.

A. Əmrahın sözlərinə görə, əməliyyatların hamısı hospitalın yerli hərbi həkimləri tərəfindən keçirilib və itkisiz olub.

Şöbə rəisi qeyd edib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə ən müasir cərrahiyə əməliyyatları aparmaq mümkündür. Mərkəzdə hazırda 30 nəfərdən ibarət tibb komandası çalışır və onlar 3 il Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasının Ürək-damar mərkəzində xüsusi təlim keçiblər. Mərkəzdə EECP (gücləndirilmiş xarici konturpulsasiya), İVUS (dammar içi ultra səs müayinəsi), FFR və digər müasir avadanlıqlar qurulub.

A. Əmrahın sözlərinə görə, əməliyyat olunanların 70%-i mülki şəxslər, qalan 30%-i isə hərbçilər olub: «Mərkəzimizdə 5 əməliyyat salonu var. Burada gündə 10 açıq ürək əməliyyatı aparmaq imkanımız mövcuddur».

Cərrahiyyə əməliyyatlarının qiymətlərinə gəlincə, həkim qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı ən aşağı qiymətləri müəyyən edib. Burada bir nəfərin əməliyyatının qiyməti 5500 manat təşkil edir. Hərbçilərin ailələri xüsusi güzəştlərə malikdirlər.

«Bu müddət ərzində ürəyi dayandırmadan aorta koronar-şuntlama əməliyyatları, kiçik kəsikdən ürək əməliyyatları, aritmiya cərrahiyyələri və aritmiyanın kataterlə müalicəsi, qapaq əməliyyatları və təmiri, uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi Mərkəzimizdə həyata keçirilib», - deyə şöbə rəisi bildirib.

A. Əmrah qeyd edib ki, damar xəstəliklərinin ən ağır fəsadlarından biri sayılan ağciyərlərin tromboemboliyasıdır: «Təəssüflər olsun ki, bir çox xəstələr diaqnoz qoyulmadan itirilir. Ancaq Amerikada yeni tətbiq olunmuş üsulu ilk dəfə biz mərkəzimizdə tətbiq edərək böyük uğur əldə elədik. Sağ ağciyərin massiv tromboemboliyası olan 59 yaşında xəstənin ağciyər arteriyasına xüsusi katater yerləşdirilərək ultrasəs dalğaları və trombolitik dərmanlarla 15 saat ərzində trombun 95%-i əridildi. Nəticədə xəstənin tənəffüsü bərpa edildi və eyni zamanda gələcəkdə aşağı ətrafdan ağciyər tromb getməsinin qarşısını almaq üçün aşağı boş venaya xüsusi filtr yerləşdirildi».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR