Bakıda Küveyt-Azərbaycan hökumətlərarası birgə komissiyanın 2-ci iclası keçirilir

Bakıda Küveyt-Azərbaycan hökumətlərarası birgə komissiyanın 2-ci iclası keçirilir
# 14 fevral 2013 09:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda Küveyt-Azərbaycan hökumətlərarası birgə komissiyanın 2-ci iclası keçirilir. APA-nın məlumatına görə, bu məqsədlə Küveyt baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabah Azərbaycana gəlib. Küveytin siyasi və biznes elitasını təmsil edən 50 nəfərlik nümayəndə heyəti də komissiyanın iclasında iştirak edir. İclasın yekununda bir sıra rəsmi sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR