Bank Of Baku

Ağdaşda mənzildən oğurluq edən şəxs tutulub

Ağdaşda mənzildən oğurluq edən şəxs tutulub
# 30 iyul 2018 08:44 (UTC +04:00)

İyulun 28-də Ağdaş rayon sakini  N.Ə. rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. 
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata  görə, daxil olmuş müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə. Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
 
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR