Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb

Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb
# 04 iyul 2016 12:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bir neçə gündür, müşahidə olunan yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, hazırda Masazırda müəyyən qədər aktivləşmə var. Çatlarda 1,5-3 sm genişlənmənin müşahidə olunduğunu deyən Ə.Piriyev qeyd edib ki, yağışların intensivləşməsi nəticəsində sürüşmə inkişaf edib.

Onun sözlərinə görə, Qonaqkənd, Lənkəran-Astara yolunda da cüzi uçqun-çöküntü baş versə də, fəaliyyətdə olan davamlı sürüşmə baş verməyib. Bakının və Abşeronun digər yerlərindəki sürüşmə sahələrində isə tam sakitlikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR