Bakıda baş vermiş ağır yol qəzasında 4 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Bakıda baş vermiş ağır yol qəzasında 4 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 noyabr 2014 01:31 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Prospektdəki körpüdə hərəkət istiqamətlərindən birində təmir işləri getdiyi üçün avtomobillər yalnız metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət ediblər. "Mercedes" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən taksi kimi fəaliyyət göstərən "Lifan" markalı avtomobil əks yola çıxıb və maşınlar toqquşub.

Qəza nəticəsində "Lifan"ın sürücüsü 47 yaşlı Nizami İbrahimov və avtomobildə olan sərnişinlər - 39 yaşlı Rüfət Qədirov, 32 yaşlı Ramin Əliyev və 28 yaşlı daha bir Ramin Əliyev ağır bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR