Fransadakı terrorda zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Fransadakı terrorda zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
# 15 iyul 2016 07:50 (UTC +04:00)

Bakı.Türbət Bağırova-APA. Azərbaycanın Fransadakı səfirliyi Nitsa şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralılar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Fransa hakimiyyət orqanları vasitəsilə araşdırır.

Bu barədə APA-ya Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bildirib. O qeyd edib ki, zərurət olduğu təqdirdə Azərbaycanın Nitsadakı vətəndaşları Fransadakı səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR