İyunun 17-də Budapeşt-Bakı-Budapeşt marşrutu ilə aviareyslərə başlanacaq

İyunun 17-də Budapeşt-Bakı-Budapeşt marşrutu ilə aviareyslərə başlanacaq
# 11 aprel 2013 14:21 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan «WizzAir» aviaşirkətinin direktoru Gyorgi Abran bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən bu aviareyslərə biletlərin satışına başlanılıb: «Budapeştdən Bakıya uçuş həftənin birinci və beşinci günləri yerli vaxtla saat 20:35-də, əks istiqamətdə isə həftənin ikinci və altıncı günləri saat 03:55-də yerinə yetiriləcək».

G.Abran qeyd edib ki, hazırda aviaşirkətin «Airbus A-320» markalı 40 təyyarəsi mövcuddur və bu il şirkət avialaynerlərin sayını 45-ə çatdıracaq. Hazırda şirkət 270-dən artıq marşrut üzrə (33 ölkə) uçuşlar həyata keçirir. Ötən il aviaşirkət 12 mln. sərnişin daşıyıb və bu il həmin göstəricinin 13,5 mln. çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR