Fransanın Azərbaycandakı səfirliyində azərbaycanlı rəssamın sərgisi təşkil olunub - FOTOSESSİYA

Fransanın Azərbaycandakı səfirliyində azərbaycanlı rəssamın sərgisi təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 15 sentyabr 2015 18:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Fransanın Azərbaycandakı səfirliyində Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə azərbaycanlı rəssam Lyubov Mircavadovanın rəsmlərindən ibarət sərgi təşkil olunub.

APA-nın xəbərinə görə, sərgidə xarici ölkələrin Azərbaycana akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, media təmsilçiləri iştirak edib.

Sərgini giriş sözləri ilə açan Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye Azərbaycan rəssamı Rübabə Mircavadovanın əsərləri ilə tanış olmağa hamını dəvət edib. Paskal Monye Fransanın mədəniyyət və incəsənət ölkəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakıda diplomatik fəaliyyətdə olduğu 3 il ərzində Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə böyük önəm verildiyini müşahidə edib. Fransanın Rübabə Mircavadovanın yaradıcılığına bundan əvvəl də ehtiram bildirdiyini qeyd edən səfir 1999 və 2005-ci illərdə Fransanın Bakıdakı Mədəniyyət Mərkəzində xanım rəssamın əsərlərini işıqlandırdığına diqqət çəkib.

Qeyd edək ki, rəssam Rübabə Mircavadova 1949-cu ildə Bakı şəhərində doğulub. O görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR