Bank Of Baku

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb

Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb
# 25 aprel 2018 14:27 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sər­hə­dini pozmasının qarşısı alınıb.

 

DSX mətbuat mərkəzindən APA-ya bildirilib ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycan Respublikasından Rusiya Federasiyası istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.

 

Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən tutulub.

 

Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahman­jon oğlu olması müəyyənləşib.

 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR