Bərdədə su kanalına düşən avtomobildə ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Bərdədə su kanalına düşən avtomobildə ölən və yaralananların kimliyi məlum olub  - <span style="color: red;">YENİLƏNİB
# 30 iyul 2016 17:57 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayon Hızırıı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi “99 HM 703” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil su kanalına düşüb.

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

**** 17.42

Bərdə. Ziya Əmirxanlı-APA. Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.

Hadisə yerində olan şahidlərin APA-ya verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR