Əsəd: “Rusiyanın iştirakı Suriyada vəziyyəti dəyişib”

Əsəd: “Rusiyanın iştirakı Suriyada vəziyyəti dəyişib”
# 14 iyul 2016 08:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın iştirakı Suriyada vəziyyəti dəyişib.

APA-nın "Ria Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd NBC telekanalına müsahibəsində bildirib.

“Mən Suriyada vəziyyəti nəyin dəyişdiyi barədə soruşdum. O isə tərəddüdsüz “Rusiya” deyə cavab verdi”,-deyə Suriyada prezidentindən müsahibə götürmüş müxbir Bill Nili öz "Twitter" hesabında yazıb.

B. Əsəd müsahibədə, həmçinin, tarixə ölkəsinin terrorizm və müdaxilə yə qarşı müdafiəçisi kimi düşməyə ümid etdiyini bildirib.

Suriya prezidentinin sözlərinə görə, o, ölkəsinin suverenliyi və ərazi bütövlüyünü qoruyub saxlamağa çalışır.

Bundan başqa, o, ABŞ-ın əsas probleminin onun prezidentlərinin xarici siyasətdə təcrübə çatışmazlığı olduğunu deyib.

Qeyd edək ki, Rusiya aviasiyası ötən ilin sentyabrından İŞİD qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR