Azərbaycanda mülki müdafiə mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda mülki müdafiə mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 07 mart 2013 15:10 (UTC +04:00)

APA-nın FHN-in saytına istindən verdiyi məlumata görə, konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv və təşkilatlarla əməkdaşlıq edən bir sıra dövlətlərin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.

Konfransın əsas müzakirə mövzusu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili və digər məsələlər olacaq. Həmçinin konfrans çərçivəsində Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlimin keçirilməsi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR