Ağ Ev: ABŞ Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib

Ağ Ev: ABŞ Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib
# 25 mart 2015 19:36 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

“Biz Ukraynada gərginliyin səngiməsi istiqamətində Avropadakı müttəfiqlərimiz ilə sıx əməkdaşlıq edir. Biz münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük veririk. Münaqişə döyüş meydanlarında deyil, danışıqlar masasında həllini tapmalıdır”, deyə C.Ernest bildirib.

Xatırladaq ki, martın 23-də ABŞ Konqresinin Nümayəndələr Palatası qətnamə qəbul edərək prezident Barak Obamanı Ukraynaya hərbi yardım göndərməyə çağırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR