Bu həftə Ukraynanın neytral ölkə statusu ləğv ediləcək

Bu həftə Ukraynanın neytral ölkə statusu ləğv ediləcək
# 22 dekabr 2014 12:12 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. “Ukraynanın bloklara qoşulmayan ölkə statusu bu həftə ləğv ediləcək”.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının sədri Vladimir Qroysman deyib.

O xatırladıb ki, prezident Pyotr Poroşenko sözügedən qanun layihəsini parlamentə “təxirəsalınmaz” sənəd kimi göndərib: “Mən ümid edirəm ki, biz bu həftə məsələni nəzərdən keçirəcəyik və buraxılmış səhvi düzəldəcəyik. Ukraynanın bloklardan kənar ölkə statusuna malik olması məqsədəuyğun deyil”.

Qeyd edək ki, Ukrayna 2010-cu ildən bəri bloklardan kənar ölkə statusunu daşıyır. Prezident P. Poroşenko bu statusun ləğv edilməsi ilə bağlı qanun layihəsini bu il dekabrın 18-də Ali Radaya təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR