Azərbaycanda yeni kommersiya bankı yaradılır

Azərbaycanda yeni kommersiya bankı yaradılır
# 20 fevral 2013 10:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı bu il ərzində universal bank təşkilatına transformasiya olunmağa çalışacaq. «APA-Economics»in xəbər verdiyi kimi, bunu təşkilatın direktoru Maniş Sane 2012-ci ilin yekunlarına həsr olmuş bugünkü mətbuat konfransda bəyan edib.

M.Sanenin sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının bankların yaradılması prosesinə dair müəyyən tələbləri və siyasəti var ki, bunlara cavab vermək lazımdır. Təşkilatın planı isə banka transformasiya prosesini gələn ilə saxlamamaqdır.

Konfransda həmçinin bildirilib ki, 2013-cü ilin fevral ayının əvvəlinə «Finca Azerbaijan»ın kredit portfeli 153,475 mln. ABŞ dolları, müştərilərin sayı isə 137 940-a çatıb. Bu göstəricilərin illik artım templəri müvafiq olaraq 30% və 14% təşkil edib.

M.Sane bəyan edib ki, 2012-ci ildə təşkilat Yeni Fərdi Kənd Krediti məhsulunu təqdim etməyə başlayıb və il ərzində iki dəfə faiz dərəcələri aşağı salınıb. Hazırda təşkilatın kredit portfelinin strukturunda problemli kreditlərin xüsusi çəkisi 0,2%-ə bərabərdir.

M.Sane qeyd edib ki, təşkilat 2013-cü ilin sonuna kimi kredit portfelini 175 mln. dollara, müştərilərin sayını isə 150 minə çatdırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR