Azərbaycan prezidenti 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib

Azərbaycan prezidenti 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib
# 22 dekabr 2014 19:10 (UTC +04:00)

APA-nın məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR