Maradona: “Messi Argentina yığmasını tərk etməməlidir”

Maradona: “Messi Argentina yığmasını tərk etməməlidir”
# 28 iyun 2016 02:54 (UTC +04:00)

Bakı-APA. Argentina milli futbol yığmasının keçmiş əfsanəvi hücumçusu Dieqo Maradona Lionel Messini yığma komandada karyerasına son qoymamağa çağırıb.

APA-nın məlumatına görə, bu barədə “La Nacion” nəşri yazıb.

“Messi Argentina yığmasını tərk etməməlidir, yığmada qalmalıdır. Lionel növbəti Dünya çempionatının qalibi olmaq üçün Rusiyaya gedəcək. Messi ona kömək etmək istəyənlərin sözünə qulaq asmalıdır. Onu yığmada görmək istəməyənlər Argentina futbolundakı problemləri ört-basdır etmək arzusunda olanlardır”, deyə D.Maradona bildirib.

Eyni zamanda Argentina prezidenti Maurusio Makri Messini yığma komandadan ayrılmamağa çağırıb.

Qeyd edək ki, heyətində Lionel Messi olduğu Argentina millisi üç Amerika Kubokunun finalı (2007, 2015 və 2016-ci illər) və 2014-cü ilin Dünya Çempionatının həlledici görüşündə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR