İrəvanda etirazçılar və polis arasında toqquşmalar olub - FOTOSESSİYA - VİDEO

İrəvanda etirazçılar və polis arasında toqquşmalar olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 01 sentyabr 2015 19:45 (UTC +04:00)

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, etirazçılar prezident sarayı qarşısında toplaşaraq dövlət başçısı Serj Sarkisyan ilə görüşün keçirilməsini tələb ediblər.

Məlumata görə, etirazçılar prezident sarayına yaxınlaşmağa cəhd etdikdə polis əməkdaşları icazəsiz aksiyanı dağıtmağa çalışıb, nəticədə qarşıdurma baş verib. Toqquşmalar zamanı bir neçə etirazçı xəsarət alıb. Qarşıdurma zamanı daha bir neçə etirazçının saxlanıldığı bildirilir.

Hazırda meydanda gərginlik qalmaqdadır. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR