Vergilər Nazirliyi: Qlobal böhran fonunda hökumət ölkə iqtisadiyyatını qorumaq üçün müxtəlif ssenarilər hazırlayıb

Vergilər Nazirliyi: Qlobal böhran fonunda hökumət ölkə iqtisadiyyatını qorumaq üçün müxtəlif ssenarilər hazırlayıb
# 02 iyun 2015 10:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarlarında neftin qiymətinin azalması büdcənin gəlirlərinə müəyyən dərəcədə təsir edib.

APA-Economics”in xəbərinə görə, bunu vergilər naziri Fazil Məmmədov “The Business Year” jurnalına müsahibəsində deyib.

F. Məmmədov qeyd edib ki, bununla belə hökumət dünya bazarlarında cərəyan edən prosesləri diqqətlə izləyir və ölkə iqtisadiyyatını qorumaq üçün müxtəlif ssenarilər hazırlayıb: "Hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün tədbirlər görmək niyyətindədir. Bundan başqa, hökumət institusional islahatlar həyata keçirməklə idarə etmənin daha səmərəli metodlarından istifadə etmək niyyətindədir ki, bu da büdcə kəsirinin proqnozlaşdırılmış səviyyədə saxlamağa imkan verəcək. Neft sektoru büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli paya malikdir. Son illərdə neft sektorunun ÜDM-də və büdcə ayırmalarında çəkisi azalır. Məqsəd ölkənin əsas sahələrindən olan neft və qaz sahəsinin aradan qaldırmaq deyil. Belə ki, yaxın gələcəkdə qaz hasilatı ilə bağlı əsas layihələrin inkişafı ilə bağlı planlarımız var. Bizim məqsədimiz qeyri-neft sektorunun geniş, dayanıqlı və sabit inkişafına nail olmaqdır. Bu məqsəddən çıxış edərək neftdən gələn gəlirlərdən istifadə etməklə ölkədə müvafiq infrastrukturunun formalaşmasına cəhd edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR