Hacıqabulda 2 otaqlı ev tamamilə yanıb

Hacıqabulda 2 otaqlı ev tamamilə yanıb
# 21 noyabr 2014 01:36 (UTC +04:00)

Bakı-APA. Hacıqabulda ötən gün axşam saatlarında yanğın qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Hacıqabul rayonu, Muğan qəsəbəsində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR