Azərbaycan filmləri Kanadada nümayiş olunub

Azərbaycan filmləri Kanadada nümayiş olunub
# 15 oktyabr 2014 12:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Kanadanın Monreal şəhərində “Azərbaycan film festivalı” keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi, Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası, Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupunun birgə təşkilatçılığı ilə üç gün davam edən festivalda "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" filmləri nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR