“Kapital Bank”ın depozit kampaniyasının uduşlu lotereyasına start verilib

“Kapital Bank”ın depozit kampaniyasının uduşlu lotereyasına start verilib
# 04 mart 2015 07:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Kapital Bank”ın “Depozitləriniz yüksəlsin” adlı uduşlu depozit kampaniyası çərçivəsində həyata keçirilən lotereyanın ilk qalibi müəyyən olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 1500 manat məbləğində səyahət paketinin qalibi “Kapital Bank”ın Bakı şəhərində yerləşən filiallarının birinə 18 ay müddətinə 30 000 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş müştərilərdən biri olub.

Bankdan bildirilib ki, martın 15-nə qədər daha 14 ədəd səyahət paketi sahibini tapacaq.

Qeyd edək ki, bu ilin yanvarın 15-dən başlanılan və martın 15-nə qədər davam edəcək depozit kampaniyası müştərilərə 2 mühüm dəyər qazandırır. İlk növbədə “Kapital əmanəti” məhsulu üzrə banka manat depozitləri yatıran müştərilərə illik faiz dərəcəsinə 2% əlavə bonus tətbiq olunur. Martın 2-dən etibarən bu üstünlük həmçinin ABŞ dollarında əmanət yerləşdirən müştərilərə də şamil edilib. Bundan əlavə isə kampaniya dövründə ən azı 12 ay müddətinə “Kapital” əmanət növünə vəsait yerləşdirən müştərilər hər 500 AZN/USD/AVRO 1 şans əldə etməklə 15 ədəd hər biri 1500 manat dəyərində səyahət paketi sertifikatı qazanmaq imkanına sahib olurlar.

Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və “Kapital Bank”ın facebook səhifəsində elan olunacaq. Depozitləri bankın bütün filial və şöbələrində yerləşdirmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 6 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR