Prokuror həmyerlisini avtomobillə əzib öldürən şəxsə 20 illik həbs cəzası istəyib

Prokuror həmyerlisini avtomobillə əzib öldürən şəxsə 20 illik həbs cəzası istəyib
# 12 avqust 2016 15:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini deyib.

O, H. Abbasovun 20 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Proses avqustun 16-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 30-da Qusar rayonu İmamqulu kəndində baş verib. 32 yaşlı kənd sakini Habil Abbasov həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyovla dalaşıb. Hirsi soyumayan Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobilini onların üzərinə sürərək əzib.

Avtomobillə vurulan Ə. Mirzəyev hadisə yerində keçinib, Z. Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR