Bank Of Baku

İtaliya XİN rəhbəri: 20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim

İtaliyanın xarici işlər naziri Antonio Tayani

© APA | İtaliyanın xarici işlər naziri Antonio Tayani

# 23 noyabr 2026 14:22 (UTC +04:00)

Biz öz maraqlarımız çərçivəsində münasibətləri inkişaf etdiririk.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir Bakıda Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı ildə qanlı 20 Yanvar hadisəsinin qurbanlarının əziz xatirəsini yad etdiyini bildirib.

“Ümid edirəm ki, orada yanan Məşəl onların xatirəsini daim yaşadacaq, orada uyuyan insanlar müstəqillik uğrunda həlak olublar. 20 Yanvar qurbanlarını yad edərkən çox təsirləndim”, - Tayani vurğulayıb.

Nazir Azərbaycana insan itkisinin qarşısını almaqla bağlı səylərinə görə təşəkkür edib.

“Azərbaycan hər zaman itkilər olmasın deyə çalışır”, - İtaliya XİN rəhbəri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR